Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Tramp xarici yardımı daha 5 milyard dollar azaldacaq

29 avq 2025, 13:59
Tramp xarici yardımı daha 5 milyard dollar azaldacaq

ABŞ Prezidenti Donald Trampın Administrasiyası xarici yardımı daha 5 milyard dollar azaltmaq niyyətindədir.

Liderxeber.az xəbər verir ki, bu barədə "New York Post" (NY Post) məlumat yayıb.

Məlumata görə, ölkə büdcəsinə qaytarılacaq 5 milyard dolların 3.2 milyard dolları ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID), qalan vəsait isə Dövlət Departamentinin digər fondlarına yönəldilib.

Qeyd olunub ki, yardıma Hondurasda iqlim dəyişikliyi ilə mübarizə üçün 24.6 milyon dollar, keçmiş Yuqoslaviya ölkələrində LGBT ideologiyasını təbliğ etmək üçün 3.9 milyon dollar və resurslarında irq zəminində nifrət doğuran məqalələr dərc etdirən Cənubi Afrika Demokratiya Fondunun işinə 2.7 milyon dollar daxildir.

Bundan əlavə, Ağ Ev BMT-nin Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında sülhməramlı missiyalarına dəstək üçün ayrılmış 838 milyon dolları ABŞ büdcəsinə qaytaracaq.

Xatırladaq ki, fevralın 3-də Tramp administrasiyası ABŞ-nin xarici siyasətini həyata keçirmək üçün istifadə edilən və digər ölkələrə təsir aləti olan USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Martın 10-da USAID-in müvəqqəti rəhbəri vəzifəsinə təyin edilmiş ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, hökumət yoxlamadan sonra agentliyin proqramlarının 83%-ni dayandırıb.