Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Kanadalı alimlərdən böyrək daşlarına qarşı yeni çarə

25 avq 2025, 08:48
Kanadalı alimlərdən böyrək daşlarına qarşı yeni çarə

Böyrək daşları ağrılı bir problemdir, dərmanlar həmişə nəticə vermir və bəzən cərrahiyyə yeganə çıxış yolu hesab olunur. Kanadalı alimlər isə maqnitlə idarə olunan mikrobotdan istifadə etməklə bu problemin alternativ həllini təklif ediblər.

Liderxeber.az-ın 4PDA saytına istinadən verdiyi xəbərə görə, yeni icad 12 mm uzunluğundadır və hidrojel-elastomer qarışığından hazırlanmış yumşaq ip şəklindədir.

Robot kateter vasitəsilə sidik kisəsinə daxil edilir və sonra xarici maqnit manipulyatoru ilə hərəkət etdirilir. İp bükülərək sidik yolları boyunca daşlara doğru hərəkət edir. Hədəfə çatdıqdan sonra prototip xarici maqnitlə bərkidilir və bir neçə gün ərzində ureaza ifraz edir. Bu ferment sidiyin turşuluğunu azaldır, nəticədə daş tədricən əriyir və təbii şəkildə çıxır. Robot özü də maye ilə birlikdə bədəni tərk edir.

Laboratoriya sınaqlarında mikrobot beş gün ərzində daşların çəkisini orta hesabla 30% azaldıb. Təsiri isə üç aya qədər davam edib.