Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İranlı nazir: "Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik"

19 avq 2025, 14:05
İranlı nazir: "Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik"

İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəliblər.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda "Tasnim" agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər, həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər:

"Bu addımlar yükdaşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək".

Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmiryol layihələrinə xüsusi diqqət yetirilib:

"Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur".