Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

“iPhone 18”in buraxılış tarixi dəyişir

18 avq 2025, 14:22
“iPhone 18”in buraxılış tarixi dəyişir

“Apple” “iPhone 18” seriyasının əsas modelinin buraxılış tarixində dəyişiklik edib. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət “iPhone 18”i digər modellərdən ayıraraq 2027-ci ilin əvvəlinə təxirə salmaq qərarına gəlib.

Bu o deməkdir ki, telefonun təqdimatı seriyanın digər üzvlərindən təxminən altı ay sonra baş tutacaq.

Şirkətin bu təxirə salınma ilə satışları artırmağı hədəflədiyi güman edilir. Belə ki, bununla da şirkət əsas modeli gözləmək istəməyən istifadəçilərin daha bahalı “Pro” modelləri seçəcəyinə ümid edə bilər.

“iPhone 18 Air”, “Pro” və “Pro Max” modellərinin təqdimatının ənənəvi cədvələ uyğun olaraq 2026-cı ilin sentyabrında olacağı gözlənilir.

Bundan başqa, uzun müddətdir müzakirə edilən qatlana bilən “iPhone”un da bu təqdimatda yer alacağı bildirilir.

Eyni zamanda, rəqib “Samsung” isə “Galaxy S26” seriyası üçün hazırkı təqdimat cədvəlində heç bir dəyişiklik etməyi planlaşdırmır.