Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Ən çox xarab olan avtomobil modelləri açıqlandı

18 avq 2025, 09:37
Ən çox xarab olan avtomobil modelləri açıqlandı

İstehlakçıların etibarlılıq hesabatları əsasında 2025-ci ildə sahiblərinə ən çox problem yaradan avtomobil modelləri müəyyən edilib.

Liderxeber.az "TGRT Haber" telekanalına istinadla xəbər verir ki, avtomobil dünyasında etibarlılıq araşdırması aparan "J.D.Power", "Consumer Reports" və "ReliabilityIndex" kimi qurumlar mövcud vəziyyəti işıqlandıran illik hesabatlar dərc edirlər.

Bu hesabatlar hansı marka və model avtomobillərin daha çox problem yaratdığını üzə çıxarır. Avtomobilin etibarlılığı təkcə mühərrikin tam sıradan çıxması ehtimalı ilə ölçülmür. Bu, həmçinin aşağıdakı amilləri ehtiva edir:

Problemlərin tezliyi: Avtomobilin qarşılaşdığı nasazlıqların sayı (elektron xətalar, trim səsləri, mühərrik nasazlığı və s.).

Problemin ciddiliyi: Problemlərin maddi dəyəri və onların avtomobilin istifadəsinə nə qədər mane olması.

Servisdə sərf olunan vaxt: Avtomobilin təmir üçün servis mərkəzində olduğu müddət.

Avtomobil sahiblərinin şikayətləri: İstifadəçilərin üzləşdikləri problemlər və onların məmnunluq səviyyəsi.

Bu meyarlara əsaslanan qiymətləndirmələr göstərir ki, bəzi brendlər xüsusilə mürəkkəb yeni texnologiyalar və elektron sistemləri inteqrasiya etməyə çalışarkən gözlənildiyindən daha çox problemlə üzləşirlər.

2025-ci ilin ən çox problemli avtomobilləri aşağıdakılardır:

"Jeep Grand Cherokee"

"Land Rover / Range Rover"

"Volkswagen Atlas"

"Mercedes-Benz"in bəzi lüks ve texnoloji modelləri

"Mini Cooper"

"Chevrolet"in bəzi SUV modelləri.