Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Moskvada Armen Sarkisyanın qətli terrorçu-kamikadze tərəfindən törədilib

11 avq 2025, 12:43
Moskvada Armen Sarkisyanın qətli terrorçu-kamikadze tərəfindən törədilib

Rusiyanın paytaxtı Moskvada "Alıye Parusa" yaşayış kompleksində "Donetsk Xalq Respublikası" Boks Federasiyasının erməniəsilli rəhbəri və "Arbat" könüllülər batalyonunun təsisçisi Armen Sarkisyanın ölümü ilə nəticələnən partlayış kamikadze tərəfindən törədilən terror aktı olub.

Liderxeber.az xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyat əməkdaşı məlumat verib.

Həmçinin FTX həmin terror aktının görüntülərini nümayiş etdirib.

Videokadrlarda Armen Sarkisyanın foyeyə daxil olması və ardınca partlayış baş verdiyi anlar əks olunub. İstintaq daha əvvəl də qətlin kamikadzenin işi olduğu qənaətinə gəlsə də, hazırda bu versiya öz təsdiqini tapıb.

Xatırladaq ki, "Alıye Parusa"da partlayış fevralın 3-də binanın birinci mərtəbəsində baş verib. Nəticədə yaralanan Sarkisyan kliniki ölüm keçirib, süni nəfəs aparatına qoşulub və reanimasiyada həyatını itirib. Partlayış zamanı Sarkisyanın mühafizəçiləri də yaralanıb, yaşayış kompleksinin mərkəzi girişi isə partlayış dalğası nəticəsində dağılıb.

İlkin olaraq Rusiya Federasiyasının İstintaq Komitəsi iki və ya daha çox şəxsi öldürməyə cəhd, ümumi təhlükəli şəkildə adam öldürmə və qanunsuz silah alveri maddələri ilə cinayət işi açıb. Lakin iyulun 25-də iş terror aktı kimi yenidən təsnifləşdirilib.