Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Kaliforniyada güclü meşə yanğınları başlayıb - Əhali təxliyə edilir

05 avq 2025, 17:23
Kaliforniyada güclü meşə yanğınları başlayıb - Əhali təxliyə edilir

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları başlayıb. İlkin məlumata görə, azı üç nəfər xəsarət alıb.

Liderxeber.az bu barədə "ABC News" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, Los-Padres Milli Parkının ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsinə 1000-dən çox xilasedici cəlb olunub.

"Yanğın San-Luis-Obispo və Santa-Barbara dairələrini əhatə edir. Hazırda alovun sahəsi 30 min hektara yaxındır", - deyə məlumatda qeyd edilir.

Əhali təhlükə altında olan yaşayış məntəqələrindən təxliyə edilir. Yanğının yayılması fonunda 460-a yaxın yaşayış evi və digər tikililər məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Ərazidə küləyin sürətinin artması alovun nəzarətə alınmasını çətinləşdirir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Kaliforniyada yanvar ayının əvvəlində başlayan və təxminən 30 nəfərin həyatına son qoyan yanğını 25 gün sonra nəzarət altına almaq mümkün olmuşdu. Həmin müddətdə 200 000-dən çox insan təxliyə edilmiş, 18 000-dən çox tikili məhv olmuşdu.