Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Husilər Ben-Qurion hava limanına səsdən sürətli raketlə hücum ediblər

05 avq 2025, 15:15
Husilər Ben-Qurion hava limanına səsdən sürətli raketlə hücum ediblər

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər.

Bunun üçün onlar səsdən sürətli raketdən istifadə ediblər.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, hava limanına "Fələstin-2" tipli hipersəsli ballistik raketlə hücum edilib.

Saria əməliyyatın uğurlu olduğunu və zərbə nəticəsində İsrailin əsas hava limanının fəaliyyətini dayandırdığını deyib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrindən (SAXAL) HHQ-nin Yəmən ərazisindən buraxılan raketi zərərsizləşdirdiyi bildirilib. Məlumata görə, İsrailin bir sıra rayonlarında hava həyəcanı siqnalları səslənib. Dağıntılar və ya yaralılar barədə məlumat daxil olmayıb.