Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Dünyada yeni narkotik yayılır - Heroin və fentanildən daha təhlükəlidir

05 avq 2025, 15:03
Dünyada yeni narkotik yayılır - Heroin və fentanildən daha təhlükəlidir

Son illərdə dünyada yeni və son dərəcə təhlükəli narkotik maddə sürətlə yayılmaqdadır.

Söhbət nitazen adlı sintetik opioidlərdən gedir. Bu maddələr 1950-ci illərdə İsveçrənin "Ciba" (indiki "Novartis") şirkəti tərəfindən ağrıkəsici kimi hazırlanıb. Lakin təhlükəli yan təsirlərə görə heç vaxt tibdə tətbiq edilməyib. Cəmi bir neçə milliqram nitazen insan həyatını təhlükəyə ata bilər.

Liderxeber.az bu barədə "Meduza" portalına istinadla xəbər verir.

2019-cu ildən etibarən nitazenlərin yayılması sürətlənib. Buna səbəb fentanilin istehsalına Çində tətbiq edilən məhdudiyyətlər və Əfqanıstanda tiryək istehsalına qoyulan qadağalar olub. Nəticədə narkotik mafiyası köhnə, amma güclü maddə olan nitazeni "yenidən kəşf edib".

Bu maddələr ilk dəfə 2019-cu ildə ABŞ və Avropada tutulan narkotik partiyalarında aşkarlanıb. O vaxtdan bəri nitazenlərin ondan çox yeni növü ortaya çıxıb. Onlar 50-250 dəfə heroin, 10-50 dəfə isə fentanildən güclü təsirə malikdir. Bu, həm qaçaqmalçılığı asanlaşdırır, həm də satışdan yüksək qazanc əldə etməyə imkan verir. Məsələn, Avropada cəmi bir qram nitazendən təxminən 600 avro gəlir əldə olunur.

İnsanlar nə qəbul etdiklərini bilmirlər

Nitazenlərin ən təhlükəli cəhəti isə odur ki, bu maddələr çox vaxt digər narkotiklərə və hətta reseptlə satılan dərmanlara (məsələn, ksanaks) və veyp mayelərinə qatılır, istifadəçilər isə bunun fərqində olmur, ölümcül doza qəbul edirlər. Onlar ksanaks, oksikodon kimi dərmanları və ya veyp mayelərini aldıqda, içində nitazen olduğunu bilmirlər. Məsələn, 2023-cü ildə 23 yaşlı bir britaniyalı internetdən ksanaks aldıqdan sonra qəfil ürək dayanması nəticəsində vəfat edib. Tibbi ekspertiza həmin dərmanlarda nitazen aşkar edib.

Dünyada təhlükə artır

Hazırda nitazenlər 28 ölkədə qeydə alınıb. Böyük Britaniyada bu maddədən 485, ABŞ-da 320, Latviyada 101, Avstraliyada isə 17 nəfər ölüb. Maddənin əsas istehsal yeri Çin hesab olunur, Avropaya isə poçt vasitəsilə - bəzən it yeməkləri kimi qablaşdırılaraq göndərilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, nitazenlər ucuz, güclü və asan əldə olunduğu üçün yaxın gələcəkdə daha da geniş yayılacaq və bu, xüsusilə Avropa üçün ciddi təhlükə yaradır.