Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

“Trampın bəyanatı nəzərimizdədir”

29 iyl 2025, 16:29
“Trampın bəyanatı nəzərimizdədir”

“Kreml Trampın Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı verdiyi müddəti diqqətdə saxlayır”.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.

Kreml sözçüsü bildirib ki, Ağ Ev rəhbərinin münaqişənin nizamlanma müddətinin qısaldılması bəyanatı ilə tanışdırlar.

“Prezident Trampın dünənki bəyanatı nəzərimizdədir. Rusiya ABŞ prezidentinin bəyanatlarına baxmayaraq, öz maraqlarını qorumaq üçün xüsusi əməliyyatı davam etdirəcək. Bununla belə, Moskva münaqişənin sülh yolu ilə həllində maraqlıdır”, - deyə Peskov əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya və Ukraynaya razılığa gəlmək üçün 50 gün vaxt verdiyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.

Bazar ertəsi isə Amerika lideri Rusiyanın nizamlanmada irəliləyişindən məyus olduğunu, buna görə müddəti 10-12 günə qədər azaltdığını bəyan edib.