Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Tramp Rusiyaya verdiyi 50 gün möhlətini qısaltdı

28 iyl 2025, 17:46
Tramp Rusiyaya verdiyi 50 gün möhlətini qısaltdı

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə bağlı məsələni həll etmək üçün daha qısa, 10-12 günlük yeni müddət təyin edib.

Liderxeber.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən görüş zamanı çıxışında bəyan edib.

O, əvvəllər müəyyən edilmiş 50 günlük möhlətin artıq mənasını itirdiyini bildirib.

"Mən əvvəlcə səxavətli olmaq istədim, lakin bu müddət ərzində heç bir irəliləyiş müşahidə olunmadı. Odur ki, bu gündən etibarən yeni dedlayn müəyyən edirəm - 10 və ya 12 gün", - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın açıqlamasına Kreml tərəfindən hələlik rəsmi reaksiya verilməyib.

ABŞ Prezidenti Donald Tramp Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsinin nizamlanması üçün əvvəllər müəyyən etdiyi 50 günlük müddəti azaltmağı planlaşdırır.

Liderxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Ternberridə (Şotlandiya) keçirilən görüşdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən bu 50 günü daha az müddətə qısaldacağam. Çünki mən artıq cavabı bildiyimi düşünürəm, nə baş verəcəyini bilirəm", - deyə ABŞ lideri bəyan edib.