Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Banqladeşdə təyyarə kollecin damına çırpılıb: Ölən və çox sayda yaralanan var

21 iyl 2025, 15:10
Banqladeşdə təyyarə kollecin damına çırpılıb: Ölən və çox sayda yaralanan var

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədəki kollec ərazisində qəzaya uğraması nəticəsində azı 28 nəfər xəsarət alıb.

Lidderxeber.az-ın xəbərinə görə, bu barədə "Prothom Alo" portalı məlumat verib.

"Yaralılar bir-bir Dəkkə Tibb Kollecinin Milli Yanıq və Plastik Cərrahiyyə İnstitutuna aparılıblar. Saat 15:30-a (Bakı vaxtı ilə 13:30) olan məlumata görə, ora 28 nəfər daxil olub", - deyə məlumatda bildirilib.

Xəstəxana nümayəndələrinin sözlərinə görə, yaralananların əksəriyyəti tələbələrdir.

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "F-7 BGI" qırıcı təyyarəsi paytaxt Dəkkənin Uttara rayonunda kollecin damına çırpılıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Prothom Alo" portalı məlumat verib.

Məlumata görə, təyyarə kollec yeməkxanasının damına düşüb və qəza nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.

Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, təyyarənin göyərtəsində yanğın baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.