Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı

13 iyn 2025, 09:52
Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərində baş verən sərnişin təyyarəsi qəzası ilə bağlı istintaq davam edir. Qəza yerində təyyarəyə məxsus qara qutular aşkarlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı "News18" telekanalı yayıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Hindistanın Mülki Aviasiya Baş Direktorluğu (DGCA) qara qutulardakı məlumatları təhlil edəcək.

Xatırladaq ki, iyunun 12-də Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Göyərtəsində 242 nəfər olan təyyarə Londona uçmalı idi. Son məlumatlara görə, qəza nəticəsində 310-dan çox insan həyatını itirib. Həlak olanlar arasında təyyarənin yerə düşdüyü ərazidə olan mülki şəxslər də var. Ölənlərin dəqiq sayı DNT analizlərindən sonra müəyyən ediləcək. Məlumata görə, yalnız bir sərnişin sağ qalıb.