Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

"Çapıq üz" filminin ulduzunun ürəyi dayandı

12 iyn 2025, 08:46
"Çapıq üz" filminin ulduzunun ürəyi dayandı

"Çapıq üz" filmində korrupsiyalaşmış "polis Mel Bernşteyn" rolunu oynayan aktyor Harris Yulin 87 yaşında vəfat edib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "The People" onun yaxınlarına istinadən xəbər verir.

Bildirilir ki, çərşənbə axşamı Nyu-Yorkdakı evində onun ürəyi dayanıb.

"Yulin aktyorluq sənətinə ehtirasla yanaşan nəslin avanqardında idi", - ailə üzvləri mətbuat açıqlamasında qeyd ediblər.

Yulin 1937-ci ildə Los-Ancelesdə anadan olub. Onun filmoqrafiyasında 100-dən çox film var. O cümlədən "Kabus ovçuları"nın ikinci hissəsində, "Təlim günü" və "Başqa qadın" filmlərində rol alıb. 1996-cı ildə Yulin "Frazier"də "Qanqster" roluna görə "Komediya televiziya serialında ən yaxşı dəvət olunmuş aktyor" nominasiyasında "Emmy" mükafatına namizəd göstərilib, 2019-cu ildə isə "Ozark" serialı üzərində işinə görə ABŞ Kino Aktyorları Gildiyasının mükafatına namizəd olub. Yulinin hesabında, həmçinin altı Brodvey tamaşası var. Bu həftə o, baş rol aldığı "Amerika klassikası" serialı üzərində işə başlamalı idi.