Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Türkiyədə dəhşətli zəlzələ: Bir nəfər öldü, 69 nəfər yaralandı

03 iyn 2025, 09:37
Türkiyədə dəhşətli zəlzələ: Bir nəfər öldü, 69 nəfər yaralandı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

Liderxeber.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Yerlikaya qeyd edib ki, zəlzələ nəticəsində 14 yaşlı uşaq panik atak nəticəsində dünyasını dəyişib.

Nazirin sözlərinə görə, təşviş və hündürlükdən tullanma nəticəsində 69 nəfər xəsarət alıb, onlardan 46-sı xəstəxanaya çatdırılıb.

Ali Yerlikaya şəhərdə dağıntı olmadığını vurğulayıb.

Türkiyənin Muğla şəhərində, Mərmərə dənizinin sahilində 5.8 bal gücündə zəlzələ baş verib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Yerli vaxtla 02:17-də qeydı alınan təkanların episentrinin Mərmərədən 10.43 kilometr aralıda, 67.91 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələ ilk növbədə Muğla və ətraf vilayətlərdə hiss olunub.

Muğla valisi İdris Akbıyık "TRT Haber"in canlı yayımında bildirib ki, təşvişə düşən bir nəfər ikinci mərtəbədən atılıb. O, təşviş pozuntusu və hündürlükdən atlama nəticəsində yaralananların sayının 11-ə yüksəldiyini açıqlayıb. Hər hansı dağıntı ilə bağlı məlumatın olmadığını deyib.