Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Baltik dənizində NATO təlimləri başladı

02 iyn 2025, 16:00
Baltik dənizində NATO təlimləri başladı

Baltik dənizində NATO-nun "Baltops-2025" təlimləri başlayıb.

Liderxeber.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutundan (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat verilib.

Məlumata görə, bu il manevrlərdə 50-yə yaxın müxtəlif tipli gəmi iştirak edəcək. Cənubi Avropada yerləşən ABŞ-nin 6-cı donanması təlimlərə "USS Mount Whitney" komandanlıq gəmisini göndərib. Almaniya "FGS Bayern" freqatı, Böyük Britaniya isə "P2000" patrul gəmilərindən ibarət böyük qrupla iştirak edəcək.

Həmçinin, Polşanın "ORP General T. Kosciuszko" raket freqatı və "ORP Kaszub" korveti, "ORP Mamry" və "ORP Naklo" iki minaaxtaran gəmisi də artıq Almaniyanın şimal-şərqindəki Rostok şəhərinə gəlib.

İnstitutdan bildirilib ki, təlimlərin iştirakçıları iki həftə ərzində Baltik dənizinin cənub hissəsindəki geniş ərazilərdə - Danimarka boğazları və Yutlandiya yarımadasından Qdansk körfəzinə qədər olan bölgədə çalışacaqlar. Hərbi dəniz poliqonlarında bir sıra gəmilərin ekipajları artilleriya atəşi həyata keçirəcəklər. Təlimlərə gəmilərlə yanaşı hərbi aviasiya da cəlb olunacaq.