Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Liberiya prezidentinin təyyarəsi qəzalı eniş etdi: Faciənin qarşısı son anda alındı

30 may 2025, 16:13
Liberiya prezidentinin təyyarəsi qəzalı eniş etdi: Faciənin qarşısı son anda alındı

Liberiya Prezidenti Cozef Boakayın olduğu təyyarə qəza enişi edib.

Liderxeber.az-ın xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, təyyarə Nigeriyada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECOWAS) 50 illik yubiley tədbirindən qayıdarkən Monroviyadakı beynəlxalq hava limanına eniş zamanı şassi sistemində nasazlıq aşkar edilib. Nəticədə təyyarə sərt eniş edib.

Prezident Boakay hadisədən salamat çıxıb, onun xəsarət almadığı vurğulanır.

"Bu, çox ciddi və təhlükəli vəziyyət olub, amma faciənin son anda qarşısı alınıb", - deyə Liberiya Hava Limanları İdarəsi insidentin təfərrüatını təsdiqləyərək bildirib.

O da qeyd olunub ki, uçuş-enmə zolağının infrastrukturu beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Hazırda hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları təhqiqat aparır.