Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Dünyanın ən təhlükəli heyvanları

14 may 2025, 17:30
Dünyanın ən təhlükəli heyvanları

Min illər boyu insan təbiətin ən zəif canlılarından biri olub.

Bizi daim ovlayan yırtıcılar çay kənarlarında, meşələrdə, dağlarda və səhralarda pusquda durub. Bu gün texnologiya və tibbin inkişafı sayəsində daha təhlükəsiz mühitdə yaşasaq da, bəzi heyvanlar hələ də minlərlə insanın həyatına son qoyur.

Liderxeber.az xəbər verir ki, bu mövzuda ən təhlükəli heyvanların siyahısını təqdim edib.

Arılar – Onların kiçik görünüşü təhlükəli olduqlarını gizlədir. Arı sancmaları nəticəsində hər il təxminən 50 nəfər həyatını itirir.

Pələnglər – Minilliklərdir insan üçün təhlükəli sayılır. Bu vəhşi yırtıcılar hər il 50-250 insanın ölümünə səbəb olur.

Begemotlar – Bitki ilə qidalanmasına baxmayaraq, çox aqressiv təbiətə malikdir. Güclü çənəsi və qeyri-sabit davranışı səbəbilə ildə təxminən 500 nəfəri öldürür.

Sığırlar – Bu heyvanlar əsasən yol qəzası səbəbilə təhlükə yaradır. Onlarla toqquşmalar nəticəsində hər il 500-600 nəfər həlak olur.

Timsahlar – Afrikanın ən qorxulu canlılarından biridir. Timsahlar hər il təxminən 1000 insanın həyatına son qoyur.

Əqrəblər – Tropik və quru bölgələrdə yaşayan bu canlılar illik təxminən 5000 insanın ölümünə səbəb olur.

İtlər – İnsanların ən sadiq dostu sayılan itlər, eyni zamanda ən təhlükəlilərindən biridir. Quduzluq virusu daşıyan itlərin dişləməsi nəticəsində hər il 58 min nəfər dünyasını dəyişir.

İlanlar – İlan sancmaları səbəbilə hər il dünyada 5 milyon insan xəstəxanaya müraciət edir, 135 min nəfər isə ilan zəhəri səbəbilə ölür.

Ağcaqanadlar – Siyahının zirvəsində yer alan bu kiçik canlılar, ən ölümcül heyvandır. Onlar malyariya kimi ölümcül xəstəlikləri yayaraq hər il 750 mindən çox insanın ölümünə səbəb olurlar.

Bu faktlar bir daha sübut edir ki, təhlükə yalnız böyük yırtıcılardan deyil, bəzən ən kiçik canlılardan da gələ bilər.