Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Tripolidə toqquşmalar zamanı 6 nəfər yaralanıb – YENİLƏNİB

13 may 2025, 09:30
Tripolidə toqquşmalar zamanı 6 nəfər yaralanıb – YENİLƏNİB

Liviyanın paytaxtında baş vermiş toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb.

Liderxeber.az xəbər verir ki, bunu Liviya təcili yardım xidmətinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb.

Mənbə onların təhlükəsizlik qüvvələrinin əməkdaşları, yoxsa mülki şəxslər olduğunu aydınlaşdırmayıb.

01:21

Liviyanın paytaxtı Tripolidə atəş səsləri eşidilməyə başlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Al Ahrar” məlumat yayıb.

“Paytaxt Tripolidə Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqəni əl-Kiklinin ölümü barədə məlumatlar fonunda vaxtaşırı atışma səsləri eşidilməyə davam edir”, – telekanal qeyd edib.

Bildirilib ki, Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi nümayəndəsi Malik Marsit telekanala açıqlamasında münaqişə zonalarına yaxın ərazilərdə yaşayan sakinləri evdə qalmağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Öz növbəsində, Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi də Tripoli vətəndaşlarını öz təhlükəsizlikləri naminə evlərində qalmağa çağırıb.

Bundan başqa, paytaxtın Mitiqa hava limanının fəaliyyəti dayandırılıb.