Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

10 may 2025, 14:09
İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib.

Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş verən yanğın olub.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "İnfobae" nəşri yazıb.

Məlumata görə, yanğın Kataloniyada yerləşən "Clim Waterpool" anbarında yerli vaxtla saat 02:20-də (Bakı vaxtı ilə 04:20 - red.) baş verib.

Barselonanın Vilanova-i-la-Jeltru, San-Pere-de-Ribes və Kubelyes, həmçinin Tarraqonadakı Kunita və Kalafel şəhərlərinin sakinlərinə küçəyə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq və kondisionerdən istifadə etməklə bağlı çağırış edilib. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, lakin Kataloniyaya bir neçə əlavə təcili yardım briqadası gəlib. Fövqəladə hallar xidmətlərinin işini asanlaşdırmaq üçün yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Kataloniya yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

"Biz yanğının qonşu anbarlara yayılmasının qarşısını aldıq. Tapşırıqlardan biri də yanğın nəticəsində əmələ gələn şleyfə nəzarət etmək, onun inkişafını və toksiklik səviyyəsini izləməkdir", - deyə yanğınsöndürənlər bildiriblər.

Yanğınsöndürmə ilə mübarizəyə 60 yanğınsöndürən və 20 xüsusi briqada, o cümlədən texnoloji və əməliyyat riskləri ilə işləyən qrup və kimyəvi kəşfiyyat təcili xilasetmə maşını cəlb edilib.