Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Ukrayna dollardan imtina edir?

08 may 2025, 11:51
Ukrayna dollardan imtina edir?

Ukraynanın Avropa İttifaqına potensial üzvlüyü fonunda Kiyev qrivna üçün baza valyutasının ABŞ dollarından avroya dəyişdirilməsini nəzərdən keçirir.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı "Reuters"in müxbirinə müsahibəsində məlumat verib.

Pışnı belə bir keçid üçün bir neçə arqument irəli sürüb. Birincisi, Ukraynanın Aİ-yə potensial üzvlüyü avronun baza valyutası kimi seçilməsini məntiqli edir. İkincisi, avro dollarla müqayisədə qlobal bazarlarda daha yüksək volatillik (dəyişkənlik) nümayiş etdirir. Və nəhayət, Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsində Avropa İttifaqının rolu son dövrlərdə xeyli artıb.

Ukrayna Milli Bankının rəhbəri, həmçinin qeyd edib ki, artıq Ukrayna valyuta bazarının əksər seqmentlərində avro ilə əməliyyatların payı artır. Bu, Avropa valyutasının ölkənin maliyyə sistemində rolunun tədricən güclənməsindən xəbər verir.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu yaxınlarda Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə çağırıb. O, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara artıq 2025-ci ildə başlamağı təklif edib.