Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Pakistanlı ekspert: "Hindistanın təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"

07 may 2025, 14:34
Pakistanlı ekspert: "Hindistanın təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"

Pakistan və Hindistan arasında mövcud böhran çox ciddidir.

Liderxeber.az xəbər veriri ki, ötən gecə Hindistan Pakistanın üç şəhərini heç bir əsas olmadan raket atəşinə tutub. Hücum nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 26 günahsız dinc sakin həyatını itirib. Hindistanın bu təcavüzü faciə və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bunu açıqlamasında pakistanlı beynəlxalq məsələlər və xarici siyasət üzrə ekspert Kasvar Klasra deyib.

Onun sözlərinə görə, Hindistanın mülki əhalini hədəfə alması əvvəlcədən düşünülmüş addım olub və qarşı tərəfin niyyəti eskalasiyanı artırmağa xidmət edir:

"Bununla belə, Pakistanın cavabı dərhal, həm də dəqiq və dağıdıcı oldu. Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin cəsarətli və uzaqgörən rəhbərliyi altında Pakistan Silahlı Qüvvələri misilsiz dəqiqliklə qarşı tərəfə cavab zərbələri endirdi. Hindistanın beş qırıcı təyyarəsi vuruldu və əsas hərbi mövqeləri, o cümlədən briqada komandanlığının qərargahı xarabalığa çevrildi. Mesaj aydındır: Pakistan zorakılığa məruz qalmayacaq və istənilən müharibə aktına böyük güclə cavab veriləcək".

"Silahlı qarşıdurma Pakistanın seçimi deyil. İslamabad beynəlxalq ictimaiyyətə xəbərdarlıq edərək, Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Böyük Britaniyanı Pahalqam hücumu ilə bağlı müstəqil araşdırma aparmağa çağırmışdı. Pakistan hətta əməkdaşlıq etməyi və araşdırmada iştirak etməyi təklif etmişdi. Lakin Hindistan bu təklifi qəti şəkildə rədd etdi. Yeni Delhinin beynəlxalq araşdırmaya icazə verməməsi həm onun bəd niyyətini, həm də diqqəti Kəşmirdə davam edən böhrandan yayındırmaq fonunda çarəsizliyini ortaya qoyur.

Pahalqam hadisəsi təcili diplomatik diqqət tələb edən nüvə qarşıdurması nöqtəsi olan həllini tapmamış, Kəşmir mübahisəsinə qlobal diqqətin vacibliyini yenidən gündəmə gətirdi. Ancaq unutmaq olmaz ki, general Munirin komandanlığındakı Pakistan təcavüzkar Hindistan məsuliyyətə cəlb olunmayana və onun döyüş vasitələrinə ağır xərclər vurulmayana qədər rahatlaşmayacaq. Çünki bu müharibəni Hindistan başladıb. Pakistan isə bu döyüşü qətiyyətlə, nizam-intizamla və məqsədinə nail olmaqla başa vuracaq".