Son Xəbərlər
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər

“Generalı biz öldürmüşük” - Ukraynadan etiraf

30 apr 2025, 09:00
“Generalı biz öldürmüşük” - Ukraynadan etiraf

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.

Liderxeber.az xəbər verir ki, bunu “Ukrainskaya pravda”ya müsahibəsində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik üzrə parlament komitəsinin katibi Roman Kostenko deyib.

“Mən təsdiqləyirəm. Bu, bizim xüsusi xidmət orqanlarının düzgün işidir. Məncə, hamı başa düşməlidir. Müharibə yaxın gələcəkdə bitsə belə, xüsusi xidmət orqanlarının fəaliyyəti hələ yeni başlayacaq”, - deyə Kostenko vurğulayıb.

O, həmçinin qeyd edib ki, ləğvetmə əməliyyatları Ukraynada dinc əhaliyə atəş açan, Ukraynanın dinc şəhərlərinə raketlər atan və ya müvafiq qərarlar qəbul edib əmr verənlərin hamısına aid olacaq.

Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.

Rusiya Federal Təhlükəsizlik Xidməti şübhəli bilinən İqnat Kuzin adlı şəxsin Türkiyədə saxlanıldığını açıqlayıb.