Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

"Toyuq korluğu", görmə zəifliyi, "katarakta" - Gözlərinizə hansı qidaların zərər verdiyi açıqlandı

20 fev 2025, 10:43
"Toyuq korluğu", görmə zəifliyi, "katarakta" - Gözlərinizə hansı qidaların zərər verdiyi açıqlandı

"Gözlərin vəziyyəti orqanizmin ümumi sağlamlığından, xüsusilə damar və sinir sistemlərindən asılıdır.

Qeyri-sağlam qidalanma göz və görmə problemlərinə səbəb ola bilər. Məsələn, yağlı və duzlu qidalar gözün tor qişasının damarlarına zərər verə bilər".

Liderxeber.az-ın məlumatına görə, bu barədə gazeta.ru-ya rusiyalı oftalmoloq Nataliya Boşa danışıb.

Onun sözlərinə görə, ümumi sağlamlıq və insanın vəziyyətini pisləşdirən hər şey görmə qabiliyyətini də azaldacaq.

"Məsələn, qida rasionunda şirin qidaların həddindən artıq olması şəkərli diabetə səbəb olur, bu isə öz növbəsində kataraktanın inkişafına və tor qişada diabetik dəyişikliklərə səbəb olur. Müalicə olunmadıqda bu, hətta korluğa səbəb ola bilər. Yağlı və duzlu qidalar arterial təzyiqi artırır. Bu, damar patologiyalarına, qansızmalara, trombozlara və tor qişa damarlarının emboliyasına səbəb ola bilər", - deyə mütəxəssis misal gətirib.

Həkim bildirib ki, narıncı tərəvəzlərdə olan "A" qrupu vitaminlərinin çatışmazlığı kseroza səbəb ola bilər.

"Bu xəstəlik buynuz qişa və konyunktivanın epitelinin qoruyucu xüsusiyyətlərinin pozulması ilə xarakterizə olunur. Kseroz buynuz qişanın əriməsinə və fotoreseptorların işinin pozulmasına, yəni "toyuq korluğu"na səbəb ola bilər".

Oftalmoloqun sözlərinə görə, lütein və zeaksantin mikroelementlərinin çatışmazlığı isə görmə qabiliyyətinə cavabdeh olan tor qişanın mərkəzi zonasının işinin pozulmasına səbəb olur.

"Orqanizmdə kalium, maqnezium, kalsium və natrium kimi elektrolitlərin miqdarı azalanda, məsələn, ishal, qusma zamanı və ya su qəbulunun kifayət qədər olmaması səbəbindən, sinir yollarının işinin pozulması, toxumaarası ödem və büllur cismin şişməsi nəticəsində görmə zəifləyir. Buna görə də, gözlərin yaxşı işləməsi üçün müxtəlif və balanslaşdırılmış qidalanmaq lazımdır", - deyə həkim yekunlaşdırıb.