Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Qarının irəli çıxmasının gözlənilməz səbəbi açıqlandı - Mütəxəssisdən tövsiyələr

18 fev 2025, 16:05
Qarının irəli çıxmasının gözlənilməz səbəbi açıqlandı - Mütəxəssisdən tövsiyələr

"Bu gün əksər insanlar oturaq işlərdə çalışırlar.

Bədən hər gün uzun müddət eyni vəziyyətdə qalır. Nəticədə bu, təkcə əzələlərin fəaliyyətinə deyil, həm də orqanizmin daxili proseslərinə (tənəffüs, limfa axını, qan dövranı) təsir edir".

Liderxeber.az-ın məlumatına görə, bu barədə gazeta.ru-ya rusiyalı məşqçi, balet və stretçinq üzrə mütəxəssis Kseniya Qufranova danışıb.

Onun sözlərinə görə, insanlar tez-tez boyun və kürəkdə, kürək sümükləri arasında və bel nahiyəsində ağrılardan şikayət edirlər.

Məşqçi bildirib ki, bu simptomlar çox vaxt hərəkət çatışmazlığından və tənəffüs prosesinin pozulmasından xəbər verir - məhz tənəffüsün dəyişməsi ilə qabarıq qarın kimi problemlər yaranır.

"Düzgün tənəffüs zamanı insan bədəni hava şarına bənzəyir: Nəfəs alanda döş qəfəsi və qarın eyni vaxtda "şişir", nəfəs verəndə isə sanki boşalırmış kimi kiçilir. Beləliklə, qarındaxili təzyiq bərabər paylanır. Lakin bədənin tez-tez və vərdiş edilmiş vəziyyəti tənəffüs prosesinə təsir edir. Uzun müddət oturmaq və hərəkətsizlik səbəbindən insan orqanizmi adaptasiya olur", - deyə o izah edib.

Onun sözlərinə görə, ilk olaraq qamətdə dəyişikliklər yaranır.

"Ən çox donqarlıq müşahidə olunur - baş və çiyinlər önə əyilir, çanaq burulur, insan daim sağrı əzələləri üzərində deyil, büzdüm üzərində oturur. Biz donqar oturanda aşağı qabırğalar qarına dirənir, qabırğaların genişlənmə hərəkəti prosesi pozulur. Sıxılmış diafraqma qarın boşluğu orqanlarına təzyiq göstərərək onları önə itələyir. Zamanla qarın əzələləri uzanır və zəifləyir. Kompüter ekranı qarşısında saatlarla əyri vəziyyətdə oturanda nəfəsalma və nəfəsvermənin necə getdiyinə diqqət yetirmək lazımdır", - deyə ekspert qeyd edib.

Mütəxəssis bildirib ki, qamətin transformasiyasının digər variantı - bel əyilməsi, kürək sümüklərinin bir-birinə yaxınlaşması, kürəkdə daimi gərginlikdir.

"Bu variasiyaların hər biri bir şeyə gətirib çıxarır - orqanizmin daxili əzələləri düzgün işləmir, onlar yükü bərabər paylaya bilmirlər. Nəticədə, qarın əzələlərinin hipotonusu və ya zəifləməsi - həmin o qabarıq qarın yaranır", - deyə məşqçi bildirib.

Məşqçi bu problem zamanı insanların nə qədər çalışsalar da, qarınlarının getməməsindən şikayətləndiyini vurğulayıb. Lakin qarın əzələlərinin hipotonusunu standart intensiv qarın əzələsi məşqləri ilə aradan qaldırılması demək olar ki, mümkün deyil.

"Problemin yaranma səbəblərini anlamaq və bütün bədənlə, hətta həyat tərzi ilə işləyərək onun həllinə kompleks yanaşmaq vacibdir. İlk növbədə, duruş və bədənin bütün silindri boyunca həcmli tənəffüsün bərpası üzərində işləmək lazımdır", - deyə məşqçi yekunlaşdırdı.