Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

İnsan dərisindəki bakteriyadan krem hazırlandı - Difteriya kimi qorxulu xəstəliklərdən qoruyur

18 fev 2025, 10:09
İnsan dərisindəki bakteriyadan krem hazırlandı - Difteriya kimi qorxulu xəstəliklərdən qoruyur

Stanford Universitetinin alimləri tetanus və difteriya kimi təhlükəli xəstəliklərdən qoruya bilən krem yaradıblar.

Araşdırmalar zamanı məlum olub ki, insan dərisində yaşayan zərərsiz bakteriyalar güclü immun cavab yarada bilirlər. Krem onun zülalını dəyişdirməklə əldə olunub.

Liderxeber.az-ın məlumatına görə, tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Bildirilir ki, insan dərisi mürəkkəb mühitdir və burada yalnız az sayda mikroorqanizm yaşaya bilir. Lakin onların arasında əksər insanların tük follikullarında yaşayan "Staphylococcus epidermidis" bakteriyası var. Bu bakteriya uzun müddət immunoloqların diqqətini cəlb etməyib, çünki onun insan sağlamlığına əhəmiyyətli təsir göstərmədiyi düşünülürdü.

Bununla belə, yeni tədqiqat göstərib ki, immun sistem "S.epidermidis"ə gözləniləndən daha aktiv reaksiya verir. Alimlər aşkar ediblər ki, bakteriya infeksiyadan orqanizmi effektiv şəkildə qoruya bilən anticisimlərin yaranmasına səbəb olur.

Siçanlar üzərində aparılan təcrübələr zamanı alimlər sübut ediblər ki, "S.epidermidis"in dəriyə çəkilməsi ənənəvi peyvəndlə müqayisə edilə bilən konsentrasiyalarda anticisimlərin yaranmasına səbəb olur. Bakteriyanın quruluşunu öyrənərək, onlar yeni peyvəndin əsasını təşkil edən "Aap" zülalını ayırıblar. Modifikasiya edilmiş bakteriya tetanus və difteriya toksinlərindən qorunmada yüksək effektivlik nümayiş etdirib.

Yeni metodun xüsusiyyəti iltihabın və yan təsirlərin olmamasıdır.

Növbəti iki-üç il ərzində alimlər insanlar üzərində klinik sınaqlar keçirməyi planlaşdırırlar. Gözlənilir ki, bu yanaşma viruslar, bakteriyalar, göbələklər və birhüceyrəli parazitlər daxil olmaqla müxtəlif infeksiyalarla mübarizədə tətbiq edilə bilər.