Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Kimlər qırmızı ətdən imtina etməlidirlər?

18 fev 2025, 09:51
Kimlər qırmızı ətdən imtina etməlidirlər?

55 yaşından yuxarı insanlar təbii qırmızı ət qəbulunu məhdudlaşdırmalıdırlar.

Liderxeber.az xəbər verir ki, bunu Rusiyanın tibb elmləri namizədi, diyetoloq Oksana Mixaleva deyib.

Onun sözlərinə görə, bu yaşda qırmızı əti ayda bir dəfədən çox olmamaqla yemək məsləhət görülür. Həkim bunun səbəbini izah edərkən vurğulayıb:

"Qırmızı ətin tərkibində xolesterinin miqdarı çox yüksəkdir. Ona görə də, qırmızı ətin qəbulu damarlarda aterosklerozun inkişafı riskini artırır, bu da öz növbəsində ürək-damar xəstəliklərinə, insulta və infarkta gətirib çıxarır.

Qırmızı ət həzm edilərkən bağırsaqlarda bəzi kanserogenlər əmələ gəlir. Normalda onlar bağırsaqlarda əmələ gələ bilərlər, lakin orqanizm onlardan uğurla qurtulur. Ancaq insan yaşlandıqca bədənin antikanserogen müdafiəsi azala bilər, buna görə də, qırmızı ət yeyərkən xərçəngə tutulma riski xüsusilə 50 yaşdan yuxarı insanlarda artır".

O.Mixaleva əlavə edib ki, yalnız 50 yaşdan yuxarı insanların qida rasionunda qırmızı ətin məhdudlaşdırılması tövsiyə olunur: "Qalan hər kəs həftədə bir-iki dəfə qırmızı ət qəbul etməlidir, amma qızardılmış halda, kabab şəklində deyil".