Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Ağ ayaqqabıları təmizləməyin təbii üsulları

17 fev 2025, 09:50
Ağ ayaqqabıları təmizləməyin təbii üsulları

Estetik görünüşü ilə seçilən ağ ayaqqabılar zamanla çirklənə bilər.

Ağ rəngini itirərək saralmağa və ya bozarmağa başlayan ayaqqabılarınızı yenidən təmizləmək üçün təbii üsullardan istifadə edə bilərsiniz.

Liderxeber.az "Haber Global"a istinadən bu üsulları diqqətinizə çatdırır.

Diş pastası: Diş pastası dişlərdəki ağartma təsirini ayaqqabılarda da göstərir. Bu vasitədən istifadə edərək dəqiqələr ərzində ayaqqabılarınızı ağarda bilərsiniz. Ayaqqabılarınızı ağartmaq üçün əvvəlcə diş pastasını az miqdarda su ilə qarışdırın. Daha sonra istifadə etmədiyiniz bir diş fırçası ilə pastanı ayaqqabınıza sürtün. 10 dəqiqə gözlədikdən sonra nəm salfetlə ləkələri silə bilərsiniz.

Sirkə və soda: Sirkə və soda özlüyündə təmizliyə kömək edən təbii məhsullardır. Ayaqqabılarınızı təmizləmək üçün bir qabda 1 xörək qaşığı soda və 2 xörək qaşığı sirkəni qarışdırın. Daha sonra bu qarışımdan istifadə edərək ayaqqabılarınızdakı ləkələri təmizləyə bilərsiniz.

Limon və duz: Limonun turşulu tərkibi və duzun təmizləyici xüsusiyyəti ilə ayaqqabılarınızı əvvəlkindən daha ağ edə bilərsiniz. Bu üsulu tətbiq etmək üçün bir qabda limon suyu ilə duzu qarışdırın. Daha sonra qarışığı ayaqqabılarınıza sürtün. 5 dəqiqə gözlədikdən sonra ayaqqabıları təmizləyə bilərsiniz.