Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib

14 fev 2025, 14:50
Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib

Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.

Layihəyə əsasən, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.

Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Yəni, qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı isə aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.