Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Ötən il Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib

14 fev 2025, 11:45
Ötən il Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşır.

Ötən il ərzində Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. ""Trendyol""dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.

İl ərzində 500 milyondan çox ziyarət edilən Trendyol platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.

Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.

Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70%-i qadınlar olub.

Trendyol öz müştərilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir.

Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Trendyol bu yaxınlarda Bakı Biznes Klubu tərəfindən ""İlin ən yaxşı e-ticarət platforması"" mükafatına layiq görülüb.