Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?

13 fev 2025, 16:58
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?

Rüfət Nahid oğlu Mahmud Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Liderxeber.az Rüfət Mahmudun dosyesini təqdim edir.

Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.

Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan "SOCAR Rus" MMC-nin baş direktoru olub.

2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.

Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.