Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

"Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?

12 fev 2025, 10:00
"Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?

Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlar karbohidratla zəngin qidalara üstünlük verirlər.

Üstəlik, depressiyanın simptomları dərinləşdikcə şirniyyata meyillilik daha da artır.

Liderxeber.az-ın xəbərinə görə, bununla bağlı araşdırmanın nəticələri "Psychological Medicine" (PsyMed) jurnalında dərc olunub. Araşdırmada 117 könüllü iştirak edib ki, onlardan 54-nə depressiya diaqnozu qoyulub.

Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda tez-tez iştahanın azalması müşahidə olunsa da, onlar karbohidratla zəngin qidalara - çörək, şirin içkilər, südlü şokoladlara üstünlük verirlər. Eyni zamanda, zülal və yağlarla zəngin qidalar belə xəstələrə daha az cəlbedici görünür. Bununla belə, depressiya zamanı qida seçimlərindəki dəyişikliklər iştahanın ümumi şəkildə artması ilə əlaqəli olmayıb.

İndi tədqiqatçılar xəstənin rasionunun optimallaşdırılması hesabına depressiya əlamətlərinin uzunmüddətli zəiflədilməsinin mümkün olub-olmadığını müəyyən etmək niyyətindədirlər. İlkin tədqiqatlar artıq göstərib ki, ac qalmaq və ya probiotik pəhriz antidepressiv təsir göstərə bilər.