Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı

12 fev 2025, 11:05
Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı

Onkoloji xəstəliklərin ən öldürücü formalarından biri, tez-tez təkrarlanan və müalicəyə davamlı olan ağciyər xərçəngi ilə mübarizədə irəliləyiş əldə edilib.

Belə ki, mütəxəssislər sözügedən şişin "zəif nöqtəsini" aşkarlayıblar.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Harvard Tibb Məktəbinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Onların tədqiqatlarının nəticələri "Cell" elmi jurnalında dərc olunub.

Bildirilib ki, əsas diqqət şişi qidalandıran anormal zülalın yaranmasına səbəb olan ALK genindəki mutasiyaya yetirilib - Alimlər xərçəng hüceyrələrinin böyüməsində əsas rol oynayan GUK1 metabolik fermentini müəyyən ediblər.

"Biz aşkar etdik ki, GUK1 xərçəng hüceyrələrinə böyümə və sağ qalmaları üçün lazım olan molekulların istehsalına kömək edir", - deyə tədqiqatda izah edilib.

Siçan modellərindən və insan xərçəng hüceyrələrindən istifadə edən tədqiqatçılar GUK1-i "söndürüblər". Məlum olub ki, bu addım şişin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb.

Qeyd etmək lazımdır ki, GUK1-in yüksək səviyyəsi ağciyər xərçənginin digər alt tiplərində də aşkar edilib. Bu, onun müxtəlif genetik pozuntudan qaynaqlanan xəstəliyin inkişafında universal rolunu göstərir. Alimlərin GUK1-lə bağlı kəşfi şişlərin böyüməsini dayandıra bilən yeni hədəf dərmanların hazırlanması üçün ümid verir.