Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Tez hazırlanan sıyıq və pürelər sağlamlıq üçün təhlükəlidir

12 fev 2025, 10:08
Tez hazırlanan sıyıq və pürelər sağlamlıq üçün təhlükəlidir

Tez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bilər.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə rusiyalı bioloq, Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan səlahiyyətlərinin icraçısı İrina Lyalina "News.ru"ya müsahibəsində danışıb.

Bioloqun sözlərinə görə, məhsul yüksək glisemik indeksə malikdir ki, bu da qanda şəkərin kəskin sıçrayışlarına və tədricən də insulin rezistentliyinə (insulinə müqavimət) gətirib çıxara bilər.

"Tez hazırlanan sıyıq və pürelər sağlamlığa, xüsusən də ürəyə mənfi təsir göstərə bilər. Tərkibindəki yüksək glisemik indeks zamanla insulin rezistentliyinə və 2-ci tip diabetə, pis xolesterinin səviyyəsinin artmasına və nəticədə ateroskleroz və hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər", - deyə İrina Lyalina bildirib.

Mütəxəssis qeyd edib ki, bu cür məhsulların tərkibində çox miqdarda duz ola bilər və bu da bədəndə mayenin saxlanmasına, qan təzyiqinin artmasına səbəb olur, həmçinin ürəyə əlavə ağırlıq verir. Bu, Lyalinanın fikrincə, ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

"Həmçinin bəzi tez hazırlanan kartof pürelərinin tərkibində palma yağı və hidrogenləşdirilmiş yağlar var ki, bu da "pis" xolesterinin səviyyəsini yüksəldir və qan damarlarında iltihab və laxtalanma riskini artırır", - deyə bioloq vurğulayıb.