Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı

10 fev 2025, 11:06
İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti səhər vaxtı özlərini daha xoşbəxt hiss edirlər.

Mənfi əhval-ruhiyyə isə əsasən gecəyarısına yaxın gəlir.

Liderxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Mental Health" jurnalında dərc olunub.

Bu nəticələr təqribən 50 min nəfərin iştirak etdiyi genişmiqyaslı layihənin məlumatları əsasında çıxarılıb.

İki il davam edən tədqiqat çərçivəsində iştirakçılar öz əhval-ruhiyyəsi, xoşbəxtlik səviyyəsi, həyatdan razılıq və digər psixi sağlamlıq aspektləri ilə bağlı suallara cavab veriblər. Məlum olub ki, səhər vaxtı insanlar özlərini daha xoşbəxt hiss edir, gecə isə əhval-ruhiyyə pisləşir.

Alimlər, həmçinin müşahidə ediblər ki, həftənin günləri emosional vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Çərşənbə axşamları və yay aylarında insanlar özlərini daha şən və optimist hiss edirlər. Eyni zamanda, həftəsonları psixi sağlamlıq səviyyəsində daha böyük dalğalanmalar müşahidə olunur, bu da daha sabit olan həftəiçi günlərindən fərqlənir.

Alimlər əhval-ruhiyyənin gün ərzində dəyişməsini insanın bioloji saatının, xüsusilə də əhval-ruhiyyə və stresi tənzimləyən kortizol hormonunun səviyyəsinin təsiri ilə izah ediblər. Səhər kortizolun pik səviyyəsi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur, axşam isə onun səviyyəsinin azalması insanların özlərini daha pis hiss etməsinə gətirib çıxarır.