Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Uşaqları ölümlərə sürükləyən oyunlar: Onlara məhdudiyyət qoyula bilər?

08 fev 2025, 09:58
Uşaqları ölümlərə sürükləyən oyunlar: Onlara məhdudiyyət qoyula bilər?

Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb.

Sosial şəbəkədə yayılan məlumatlara görə, Bakı şəhəri, 200 nömrəli tam orta məktəbdə oxuyan şagirdlərə üzərində oyun loqosu və mobil nömrə yazılmış kağızların verilməsi iddia edilib. Məlumatlara əsasən, bu oyunla bağlı araşdırma aparıldıqda, onun dünyada geniş yayıldığı və uşaqları intihara təşviq etdiyi müəyyən edilib.

Sözügedən məktəbdən bildirilib ki, məsələyə dair məktəbdaxili araşdırma aparılıb, valideynlər məktəbə dəvət edilib və şagirdlərlə, valideynlərlə müvafiq söhbətlər aparılıb. Məktəbin psixoloqu tərəfindən şagirdlərə dəstəkləyici tədbirlər görülür.

Liderxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevin sözlərinə görə, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu cəlb etmək məqsədilə 25 məktəbliyə belə vərəqələr verilib. Vərəqə internet platformalarında komanda formalaşdırmaq məqsədilə təşkil edilib və məsələyə dair tam və hərtərəfli araşdırma aparılıb. Həmin əməliyyatla bağlı ictimai təhlükəli hallar aşkar olunmayıb, kriminal tərkib isə mövcud deyil.

Elşad Hacıyev valideynlərə tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar. Onun sözlərinə görə, belə oyunlar azyaşlıları ictimai təhlükəli əməllərə sövq edə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Yardımlı rayonunda 15 yaşlı Ələkbər Şükürlü intihar edib. İddialara görə, yeniyetmə intihar etməzdən əvvəl məktub yazıb və həmin məktubda ona vaxt təyin edildiyi və özünü öldürməsi tələb edildiyi qeyd edilib. Bu hadisə azyaşlı və yeniyetmələrin təhlükəli oyunlara daxil olmasının qarşısını almağın vacibliyini bir daha gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, bu cür zərərli oyunların qarşısını almaq üçün xüsusi nəzarət proqramları və tətbiqlərdən istifadə edilə bilər. Bu proqramlar uşaqların telefonlarına daha rahat nəzarət etməyə imkan verir, həmçinin müəyyən saytların bloklanmasını təmin edir. Qərb ölkələrində, o cümlədən ABŞ və Avropada, sosial şəbəkəyə 13 yaşdan kiçik uşaqların girişi məhdudlaşdırılıb.

Millət vəkili Müşfiq Məmmədli də təhlükəli oyunların qarşısının alınması ilə bağlı təkliflər irəli sürüb. Onun fikrincə, bu oyunlar onların psixologiyasına ciddi təsir göstərir və uşaqlar onları reallıq kimi qəbul edirlər. Millət vəkili qeyd edib ki, bu məsələdə informasiya texnologiyalarının yeni nailiyyətlərindən istifadə edərək, ölkədə məhdudiyyətlər qoyulmalıdır.

Son dövrlər dünyada yayılan müxtəlif təhlükəli oyunlar geniş müzakirələrə səbəb olub. Türkiyə, Rusiya və digər ölkələrdə çox sayda yeniyetmə bu oyunların təsiri altına düşüb. Mütəxəssislər valideynləri uşaqlarının internetdə oynadıqları oyunlara diqqətlə yanaşmağa çağırır və onların yaş uyğunluğuna diqqət etmələrinin vacibliyini vurğulayırlar.