Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır

05 fev 2025, 17:20
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır

Qulaqlarda küy (tinnitus) - cingilti, uğultu, fit və ya xışıltı şəklində özünü göstərə bilən geniş yayılmış vəziyyətdir. Araşdırmalara görə, insanların 10-15%-i bu simptomlarla qarşılaşır.

Liderxeber.az-ın verdiyi məlumata görə, Avropa Tibb Mərkəzinin (EMC) audioloq-otorinolarinqoloqu Aleksandra Gerşevskaya bununla bağlı danışıb.

Onun sözlərinə görə, tinnitusun özü xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilən bir simptomdur.

"Qulaqda küyün səbəbləri müxtəlif ola bilər: qulaq kiri tıxacı - səslərin təhrif olunmasına səbəb olan xarici qulaq kanalının qulaq kiri ilə tıxanması; otit (qulaq iltihabı) - orta və ya xarici qulaqda infeksion proseslər; evstaxi borusunun funksiyasının pozulması, akustik travma - yüksək səs təsiri və ya sensor-nevral eşitmə zəifliyi. Bəzən küy damar və nevroloji patologiyaların (arterial hipertoniya, nevrozlar, stress, depressiya) göstəricisi ola bilər", - deyə həkim izah edib.

Aleksandra Qerşevskaya vurğulayır ki, əgər qulaqlarda küy bir neçə gün ərzində keçmirsə və ya güclənirsə, başgicəllənmə, eşitmənin zəifləməsi, baş ağrıları ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.