Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

04 fev 2025, 09:55
Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

Liderxeber.az xəbər verir ki, bu haqda “Dunyo” agentliyi məlumat yayıb.

Görüş zamanı bildirilib ki, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.

“Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınmasını təklif etmişdi.

Əlavə edək ki, sözügedən sistem artıq Qırğızıstanla Özbəkistan arasında mövcuddur. 2023-cü il sentyabrın 1-dən iki ölkə vətəndaşları iki dövlətin ərazisinə giriş, çıxış, səyahət və qalmaq üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sənəd 1 aprel 2021-ci ildən qüvvədədir. Həmin tarixdən etibarən iki hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə bilirlər.