Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Yerfındığının faydaları

01 fev 2025, 10:08
Yerfındığının faydaları

Yerfındığı lif, zülal və sağlam doymamış yağ turşularının mənbəyidir.

Liderxeber.az xəbər verir ki, bu çərəz xolesterini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir və ürək xəstəliklərinin qarşısını alır.

Tərkibindəki maqnezium, fosfor və kollagen əzələlərin inkişafını dəstəkləyir. Yerfındığı 2-ci tip diabetin inkişafının qarşısını alır, iltihabı azaldır.

Tərkibindəki lif sayəsində həzmi dəstəkləyir və arıqlamağa kömək edir. Pis xolesterol səviyyəsini azaldaraq yaxşı xolesterin səviyyəsini artırır. Yoğun bağırsaq və mədə xərçənginə qarşı qoruyucu təsirə malikdir. Qan şəkərinin səviyyəsini tarazlamağa kömək edir.

Yerfındığı yüksək miqdarda E vitamini ehtiva edir. Buna görə də dəri sağlamlığı üçün son dərəcə faydalıdır. Bu çərəz tərkibindəki Omeqa-3 yağları sayəsində saç tökülməsinə və qırılmasına qarşı çox təsirli qidadır. Saçların parlaq və güclü görünməsinə kömək edir.

Yerfındığı Althseymer xəstəliyinə tutulma riskini azaltdığı üçün xüsusilə yaşlı insanlar üçün tövsiyə olunan qidadadır.

Bundan başqa yaddaşı gücləndirir və xüsusilə tələbələrə tövsiyə olunur. Xoşbəxtlik hormonu kimi tanınan seretonin hormonunun istehsalına kömək edən yerfındığı depressiyaya qarşı da təsirlidir.

Xolesterolu olan insanların həkim nəzarəti altında istehlak etməsi tövsiyə olunur.

Həddindən artıq yerfındığı yemək çəki artımına, sızanaqlara və digər dəri problemlərinə, eləcə də allergik reaksiyalara səbəb ola bilər.