Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Bakıya uçan təyyarədə nasazlıq, 22 sərnişin uçmaqdan imtina etdi

30 yan 2025, 16:09
Bakıya uçan təyyarədə nasazlıq, 22 sərnişin uçmaqdan imtina etdi

Rusiyanın Krasnoyarsk şəhərindən Bakıya uçan sərnişin təyyarəsində texniki nasazlıq yaranıb. 

Liderxeber.az Krasnoyarskın “TVK” kanalına istinadən xəbər verir ki, “İrAero” aviaşirkətinə məxsus təyyarə kondisioner sistemində yaranan nasazlıq aradan qaldırılsa da, uçuşu reallaşdıra bilməyib.

Sərnişinlərin sözlərinə görə, onları təmir zamanı hava limanında təqribən 2 saat gözlədiblər. Bundan sonra təyyarə uçuş-enmə zolağına daxil olsa da, yenə də havaya qalxa bilməyib. 

Nəticədə sərnişinlər arasında panika yaranıb. Son nəticədə problem aradan qaldırılıb. Amma 22 sərnişin həmin təyyarə ilə uçmaqdan imtina edib.