Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Xərçəngdən qoruyur, immuniteti gücləndirir

30 yan 2025, 09:50
Xərçəngdən qoruyur, immuniteti gücləndirir

Əzgil payız və qış aylarında bitən, həm dadı, həm də sağlamlığa faydaları ilə tanınan meyvədir.

Liderxeber.az xəbər verir ki, xüsusilə C vitamini, B vitaminləri, kalium, maqnezium və kalsiumla zəngindir.

Bu xüsusiyyətləri ilə immunitet sistemini dəstəkləyir, həzm sisteminə kömək edir və ümumi sağlamlığı qoruyur.

Əzgil tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirməyə kömək edir. Orqanizmi xəstəliklərə qarşı qoruyur və xüsusilə qış aylarında soyuqdəymə kimi infeksiya riskini azaldır.

Zülal, liflə zəngin meyvədir və həzm sisteminin nizamlı işləməsinə kömək edir. Qəbizlik problemlərini aradan qaldırır və bağırsaq sağlamlığını dəstəkləyir.

Tərkibindəki antioksidantlar sayəsində əzgil bədəndəki sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. Bu xüsusiyyətləri ilə xərçəngə qarşı qoruyucu təsir göstərir.

Kaliumla zəngin olan bu meyvə qan təzyiqini tənzimləyir və ürək sağlamlığını qoruyur. Həmçinin xolesterol səviyyələrini tarazlamağa kömək edir.

Əzgil diabet xəstələri üçün də faydalı meyvədir. Aşağı qlisemik indeksi sayəsində qan şəkərinin səviyyəsini tarazlaşdırır.

Qan dövranını sürətləndirən əzgil meyvə kimi və ya çay kimi istehlak edildikdə bədəndə yığılan toksinləri çıxarır.

Tərkibindəki lif sayəsində maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.

Müxtəlif yollarla əmələ gələn böyrək və öd daşlarının çıxarılmasında mühüm rol oynayır.

Qan dövranına da müsbət təsir göstərir. Beyinə gedən damarlardakı oksigen miqdarını artıraraq daha aydın düşünməyə kömək edir.