Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Məbəs bayramı nə deməkdir?

28 yan 2025, 14:54
Məbəs bayramı nə deməkdir?

“Məbəs” sözü ərəb dilində “besət” (bisət) kökündəndir, “göndərilmə” mənasını verir.

Dini terminologiyada Həzrət Muhəmmədin (s) peyğəmbərliyə göndərildiyi, yəni Allah tərəfindən peyğəmbər seçildiyi günü bu cür adlandırırlar. Daha çox şiə dünyasında mübarək rəcəb ayının 27-si Məbəs bayramı kimi qeyd edilir. Şiə mənbələrinə görə, rəcəb ayının 27-sinə keçən gecə Allah-Taala 40 yaşlı Həzrət Muhəmmədə (s) onun peyğəmbər olduğunu işarələrlə bildirmişdir. Miladi təqvimlə təqribən 610-cu ildə baş vermiş bu hadisəni bəzən İslam tarixində dönüş nöqtəsi kimi qəbul edirlər. Belə ki, İslamın ilk dövrlərində baş vermiş hadisələri çox zaman “besətdən əvvəl” və “besətdən sonra” olmaqla iki qismə bölürlər. Daha sonralar bu bölgünün əsası olaraq peyğəmbərin Məkkədən Mədinəyə hicrət etmə hadisəsi götürülmüşdür.

Əhli-sünnə aləmində rəcəb ayının 27-ci gecəsi adətən merac hadisəsinin ildönümü kimi qeyd edilir, bu münasibətlə keçirilən bayram tədbirlərinə “merac kandili” deyilir.