Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Bu meyvələrin kompotu "can dərmanı"dır - Yaşlılar da içə bilər

27 yan 2025, 16:32
Bu meyvələrin kompotu "can dərmanı"dır - Yaşlılar da içə bilər

Meyvə qurusu kompotu immun sistemini gücləndirir, eyni zamanda ürəyə və görmə qabiliyyətinə müsbət təsir edir, ona görə də qocalıqda içmək daha faydalıdır.

Liderxeber.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına dietoloq və tibb elmləri doktoru Mariyat Muxina məlumat verib.

Onun sözlərinə görə, içkinin tərkibində çoxlu sayda faydalı maddələr var. Xüsusilə, xoşbəxtlik hormonu olan serotonin istehsalı üçün lazım olan B6 vitamini.

"Quru meyvələrin tərkibində C vitamini var. Təbii ki, bişərkən o, qismən məhv olur, lakin buna baxmayaraq, müəyyən miqdar qalır. Bu vitamin immun sistemini gücləndirməkdə yaşlı insanlar üçün lazımdır", - deyə ekspert bildirib.

Diyetoloq əlavə edib ki, içkinin tərkibində görmə orqanlarının fəaliyyətini qorumaq üçün vacib olan A vitamini də var.

Qurudulmuş meyvələrdən olan kalium ürəyin fəaliyyətini yaxşılaşdırır. Qan təzyiqini azaldır və eyni zamanda yüngül sakitləşdirici təsir göstərir.

Yaşlı insanlara gündə bir-iki stəkan içki içmək tövsiyə olunur.

"Ən vacibi, kompota şəkər əlavə etməməkdir, çünki bu, mədəaltı vəzinə yükü artıracaq", - deyə mütəxəssis qeyd edib.