Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Gündə 1 alma yeməyiniz mütləqdir!

27 yan 2025, 14:32
Gündə 1 alma yeməyiniz mütləqdir!

Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma vərdişləri və həddindən artıq stress kimi faktorlar həyatımıza olduğu kimi sağlamlığımıza da təsir edir. Bu zaman diqqət edə biləcəyimiz ilk amil istehlak etdiyimiz qidalardır.

Liderxeber.az xəbər verir ki, yeyib-içdiklərimizə diqqət etməliyik. Bunun üçün qida rasionunuza mütləq alma daxil edin. Gündə 1 alma yeməyiniz mütləqdir. Alma hər porsiyada çoxlu qida maddələri təmin edən meyvədir.

200 qram (q) orta ölçülü almada 104 kalori var. Tərkibində 28 qr. karbohidrat, 5 qr. lif, C vitamini, kalium, E, B1 vitaminləri olan alma orqanizmi yeniləyir, zəhərli maddələrdən qoruyur. 

Almalar həm də antioksidanların mühüm qrupu olan polifenolların zəngin mənbəyidir. Bir almadan maksimum fayda əldə etmək üçün onu qabığı ilə birlikdə istehlak edin, çünki qabığında yarıdan çox lif və ən çox polifenol var.

Alma arıqlamağınıza kömək edəcək meyvələrdəndir. Almalar yüksək miqdarda lif və su ehtiva etdiyi üçün tox saxlayır. Bir araşdırma göstərib ki, tam alma istehlakı bərabər miqdarda alma şirəsi istehlak etməkdən daha faydalıdır.

Bundan əlavə, araşdırmalar göstərir ki, alma istehlakı ürək xəstəliyi üçün risk faktoru olan çəki ilə əlaqədar bədən kütlə indeksini (BMI) əhəmiyyətli dərəcədə azalda bilər. Alma polifenollarının da piylənmə əleyhinə təsirləri olduğu bildirilib/

Tədqiqatlar göstərir ki, gündə 100-150 q tam alma istehlak etmək ürək xəstəliyi və yüksək qan təzyiqi kimi risk faktorlarının azalması ilə əlaqələndirilir. Gündə 1 ədəd alma yeyilməsi orqanları yeniləyir.