Son Xəbərlər
Yay aylarında yüksək hava temperaturu qəhvəni ürək üçün əlavə yükə çevirə
İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan
Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət
Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı
“İsveçrədə keçirilən danışıqlarda İran və ABŞ vasitəçiləri 18 saat davam edən
“Tehran İsveçrədə keçirilən müzakirələr zamanı, Qətər və Pakistanın
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına dair

Ombudsmanın nümayəndələri repatriantlarla görüşüb

22 iyn 2026, 10:54
Ombudsmanın nümayəndələri repatriantlarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən repatriantların hüquqlarının müdafiəsi diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2026-cı ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından qadınlar və uşaqlar olmaqla 23 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların sosial reabilitasiyası üzrə görülən işlər, habelə mövcud ehtiyacları öyrənilib, onların cəmiyyətə reinteqrasiyası və hüquqlarının müdafiəsi istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlar Ombudsmanın mandatı və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.