Son Xəbərlər
Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin
İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli
Yay aylarında yüksək hava temperaturu qəhvəni ürək üçün əlavə yükə çevirə
İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan
Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

22 iyn 2026, 12:17
Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər.

Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb.

Liderxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews in Food Science and Nutrition" jurnalında dərc olunub.

Müəlliflər bunu südün təbii quruluşu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, südün tərkibindəki zülallar, yağlar, kalsium, fosfor və digər maddələr bir-biri ilə qarşılıqlı əlaqədə mövcuddur və bu sistem "süd matrisi" adlanır. Alimlər hesab edirlər ki, məhz bu quruluş qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsinə və sağlamlığa təsirinə mühüm təsir göstərir.

Araşdırmada qeyd olunur ki, süd istehlakı sümüklərin möhkəmlənməsi və sınıq riskinin azalması ilə əlaqələndirilir. Məlumatlara əsasən, gündə bir-iki porsiya süd məhsulu qəbul etmək sınıq ehtimalını azalda bilər. Kalsium əlavələri isə hər zaman eyni effekti vermir. Bundan əlavə, südün qan şəkərinin səviyyəsinə, bağırsaq mikrobiotasına və lipid mübadiləsinə müsbət təsir göstərə biləcəyi vurğulanır.

Bitki mənşəli içkilərdə isə qida maddələri əksər hallarda təbii şəkildə deyil, sonradan əlavə edilmiş komponentlər şəklində olur. Həmçinin onların dadını və teksturasını yaxşılaşdırmaq məqsədilə tərkibinə şəkər, yağlar və qatılaşdırıcılar əlavə edilə bilər. Alimlərin fikrincə, bu amillər etiketdə göstərilən qida dəyərləri oxşar olsa belə, həmin məhsulların qidalandırıcı xüsusiyyətlərini inək südü ilə müqayisədə zəiflədə bilər.

Tədqiqatda uşaqların qidalanmasına da xüsusi diqqət ayrılıb. Mütəxəssislər bildirirlər ki, süd məhsullarından düşünülməmiş şəkildə imtina etmək, xüsusilə erkən yaşlarda zülal, kalsium, yod və B12 vitamini çatışmazlığına səbəb ola bilər.

Bununla yanaşı, alimlər bitki mənşəli alternativlərin də faydalı xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Məsələn, soya əsaslı içkilər xolesterin səviyyəsinin azalması və iltihabəleyhinə təsirlərlə əlaqələndirilir.