Son Xəbərlər
İyunun 22-də İsveçrədə ABŞ və İran arasında əldə olunmuş memorandumun icra
Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin
İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli
Yay aylarında yüksək hava temperaturu qəhvəni ürək üçün əlavə yükə çevirə
İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan
Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108

Sabah hava necə olacaq?

22 iyn 2026, 13:00
Sabah hava necə olacaq?

İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.