Son Xəbərlər
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və

Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA

18 apr 2025, 17:17
Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.

Məsələ ilə bağlı Liderxeber.az-ın sorğusuna cavab olaraq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:

"Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahələrində ev heyvanları saxlayırlar. Xocalının Ballıca, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə, şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.