Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi açıqlanıb

14 avq 2025, 17:36
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi açıqlanıb

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7 milyon 120.1 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 752.2 min ton və avtomobil nəqliyyatı ilə 5 milyon 307.7 min ton yük daşınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 milyon 300.8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 88.9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 690.5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 930.4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258.2 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45.8 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42.3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95.1 faizini tranzit yüklər təşkil edib.