Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Tarixdə ilk dəfə “Real”dan İspaniya millisinə heç kəs dəvət almadı

25 may 2026, 16:39
Tarixdə ilk dəfə “Real”dan İspaniya millisinə heç kəs dəvət almadı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün komandanın rəsmi heyətini təqdim edib.

Liderxeber.az xəbər verir ki, yığma turnirə hazırlıqlara mayın 30-da Las-Rosasdakı bazasında başlayacaq. Dünya çempionatının startından əvvəl komanda İraq və Peru millilərinə qarşı yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, milli komandaya “Real”dan heç bir futbolçu dəvət almayıb. Bu İspaniya yığması tarixində ilkdir. 

İspaniya millisinin DÇ-2026 üçün heyəti:

Qapıçılar: Unay Simon ("Atletik"), David Raya ("Arsenal"), Joan Qarsiya ("Barselona").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Markos Lyorente ("Atletiko"), Emerik Lyaport ("Atletik"), Pau Kubarsi ("Barselona"), Mark Pubil ("Atletiko"), Erik Qarsiya ("Barselona"), Mark Kukurelya ("Çelsi"), Alexandro Qrimaldo ("Bayer").

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Martin Subimendi ("Arsenal"), Pedri ("Barselona"), Fabian Ruis (PSJ), Mikel Merino ("Arsenal"), Qavi ("Barselona"), Aleks Baena ("Atletiko").

Hücumçular: Mikel Oyarzabal ("Real Sosyedad"), Lamin Yamal ("Barselona"), Ferran Torres ("Barselona"), Borha İqlesias ("Selta"), Dani Olmo ("Barselona"), Viktor Munyos ("Osasuna"), Niko Uilyams ("Atletik"), Yeremi Pino ("Kristal Pelas").

Qeyd edək ki, Luis de la Fuentenin komandası mundialdakı ilk oyununu iyunun 15-də Atlantada Kabo-Verde yığmasına qarşı keçirəcək. Onların qrupdakı digər rəqibləri isə Səudiyyə Ərəbistanı və Uruqvaydır.